"Qarabağ"ın hədəfi açıqlandı
23.05.2022 - 15:44
"Qarabağ"ın hədəfi açıqlandı

“Hər il iştirak etdiyimiz turnirlərdə maksimum nəticə göstərməyə çalışırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran çalışdırıcı növbəti mövsümlə bağlı hədəflərindən danışıb: “Burada ilk olaraq Azərbaycan çempionatı, ölkə kuboku və ardından Çempionlar Liqası gəlir. Bu mövsüm çempionluq istəyimizə çatdıq. Bundan sonrakı hədəf Çempionlar Liqasının qrupunda oynamaqdır. Amma rəqiblər də ölkələrinin çempionları olur. Qarşıda qeyri-stabil günlər bizi gözləyir. Bəzi oyunçularımız milli komandalara gedəcəklər. Hazırlaşmaq üçün vaxtımız çox az olacaq. Bu mövsüm məqsədimiz Çempionlar Liqasında minimum pley-offa qədər irəliləməkdir. Hədəfə çatmaya bilərik, amma meydanda döyüşməyə bilmərik. Futbolçularımı yaxşı azərbaycanlı və döyüşcü etmək istəyirəm ki, hədəfimizə çata bilək. Bu il daha çox güc sərf edəcəyik”.

0