“Qarabağ”ın U-19 komandası üçün son sınaq
10.12.2025 - 11:54
“Qarabağ“ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ayaks”la üz-üzə gələcək. Görüşə saat 15:00-da start veriləcək.
“Qarabağ“ın U-19 komandası 5 turdan sonra xalsızdır və 36 komanda arasında 35-cidir. “Ayaks”ın U-19 kollektivi isə 7 xalla 22-ci pillədə qərarlaşıb.
0
0