“Qarabağ”ın “Zirə”dən istədiyi müdafiəçi
30.05.2022 - 11:03
“Qarabağ”ın “Zirə”dən istədiyi müdafiəçi

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” yay fasiləsində müdafiə və hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Zirə”nin iki üzvünə göz dikib.

Çempionun müdafiənin mərkəzi üçün alternativlərdən biri bürünc mükafatçının serbiyalı futbolçusu Nemanya Andelkoviçdir. 25 yaşlı arxa xətt oyunçusu ilə razılıq əldə olunsa, onunla 2+1 illik müqavilə imzalanacaq.

“Zirə”nin hücumçusu Davit Volkov da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun gündəmindədir. Ancaq gürcüstanlı forvard ağdamlıların əsas transfer hədəflərindən olan Renat Dadaşova alternativdir.

Qeyd edək ki, Nemanya Andelkoviçin “Zirə” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Davit Volkovun isə bakılılarla sözləşməsi bitib.

1