“Qəbələ” üç futbolçusu ilə müqavilə müddətini uzadıb.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb.
Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
Qeyd edək ki, “Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"