Bu gün DÇ-2022-nin final mərhələsinin daha bir iştirakçısı müəyyənləşəcək.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundiala 30-cu vəsiqənin sahibi Kardiffdə bəlli olacaq.
Avropadan Asiyaya sonuncu biletin sahibi Uels və Ukrayna arasında matçda bilinəcək. 16 ildən sonra mundialda oynamaq istəyən qonaqlar tarixində ikinci dəfə belə uğura imza atmağın bir addımlığındadır.
Ukrayna kimi, yalnız bir dəfə dünya çempionatının final mərhələsində oynamış Uelsin həsrəti isə daha uzundur. 1958-ci ildəki uğurdan 64 il ötür. Maraqlıdır ki, hər iki yığma yeganə mundialında 1/4 finala qədər irəliləyib.
⚽ 20:00. Uels - Ukrayna
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"