
“Yığmamızın qələbə qazanacağına inanıram. Düşünürəm ki, əzmkar mübarizə aparacağıq”.
Bu sözləri apasport.az saytına açıqlamasında Qəzənfər Abbasov deyib.
MOİK-in baş məşqçisi Azərbaycan millisinin Slovakiya ilə matçını dəyərləndirib: “Rəqib çox güclü Slovakiya yığmasıdır. Lakin millimizə inanıram. Komandamızın əzmkar mübarizə aparacağını bilirəm. Hətta görüşdə qələbə qazanacağımızı düşünürəm. Millimizin oyununda irəliləyiş qığılcımları hiss olunur. Bu komandaya ümidim var. İnanıram ki, uğurlu nəticələr gələcək”.
Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün saat 20:00-da start götürəcək.
İsmayıl Xeyrullayev
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb