
Ukraynalı mütəxəssis Roman Qriqorçuk bir müddət əvvəl “Neftçi”nin baş məşqçi postundan getməsinə ilk dəfə münasibət bildirib.
Apasport.az xəbər verir ki, Ukrayna mətbuatına danışan təcrübəli mütəxəssis “Neftçi”dəki işini dəyərləndirib. “Футбол 2.0” portalına danışan Qriqorçuk bunları deyib:
“Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim. Ümid edirdim ki, “Neftçi”ni çempion edib Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün getmişdim. Amma 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi. “Neftçi”yə isə uğurlar arzulayıram, məqsədlərinə çatsınlar. Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Mən bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Mən bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. Mən ideyalarımı həyata keçirmək istəyirəm, yüksək nəticələr əldə etməyə yönəlmiş layihədir”.
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə