Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”
21.05.2022 - 21:30
Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”

“İlboyu bizlərlə olan hər kəsə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu turunda “Neftçi” üzərində 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

50 yaşlı mütəxəssis qarşılaşmanın ardından komandasını çempionluq münasibətilə təbrik edib: “Futbolçularım çox yaxşı mövsüm keçirdilər. Sona qədər eyni istək, qalib hissi çox vacib idi. Onların hər biri alqışalayiq idi. Möhtəşəm azarkeşlərimizə, bütün komandalara təşəkkür düşür. Rəqiblərin sona qədər bizə qarşı istəkli olmalarını hiss elədik. Yaxşı oyun göstərməyimizdə onların da rolu oldu, bizi daha çox düşünməyə məcbur elədilər. Bütün futbol camiəsi sağ olsun”.

- Kevin Medina yeni müqavilə imzalasa da, Türkiyə mətbuatında yerli klublarla adı hallanır...
- Türkiyədən maraqlanırdılar. Amma onunla müqaviləni uzatdıq. Özünün də burada qalmaq istəyi həddən artıq çoxdur. “Qarabağ” kollektivini və Bakını sevir. Elə bir problem görmürəm.

- Çempionluqlarınızdan hansı daha yaddaqalan olub?
- İlk çempionluq həmişə daha yaddaqalan olur. Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur.

0