Qurban Qurbanov: “Bu şansdan istifadə etməyə çalışırıq”
24.10.2023 - 20:03
Qurban Qurbanov: “Bu şansdan istifadə etməyə çalışırıq”

“Səfərdən əvvəl bütün komanda  birgə məşq etdi. Sadəcə, futbolçuların bir az hazırlıqlarında, fiziki durumlarında ola bilər çatışmazlıq olsun”.

Apasport.az saytı xəbər verir ki, bunu Leverkuzen səfəri öncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis sport24.az-a müsahibəsində rəqib haqqında ətraflı məlumata malik olduqlarını bildirib: “Çox da məlumata ehtiyac yoxdur. Ciddi rəqibdir. Bəlkə də hazırda özlərinin ən yaxşı zamanlarını yaşayır. Hansı ki, nəticələri və oyunları ilə ciddi rəqib olduqlarını göstərirlər. Düşünürəm ki, maraqlı oyun olacaq”.

Qurbanov Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb: “Bugünkü nəticələrə, reallığa baxsaq, bəli! Şansımız yüksəkdir. Amma biz qarşıdakı oyunları nəzərə alsaq, eyni vəziyyət digər rəqiblərdə də ola bilər. İki oyun məğlub olsaq və rəqiblərimizdən biri iki oyun qələbə qazansa, hər şey dəyişə bilər. Bu şansdan istifadə etməyə çalışırıq. Qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq”.
 

0