Premyer Liqa klubu "Mançester Siti"dən Qrilişi almaq istəyir
01.05.2024 - 10:55
Premyer Liqa klubu "Mançester Siti"dən Qrilişi almaq istəyir

Məşhur yarımmüdafiəçi Cek Qriliş bu yay "Mançester Siti"ni tərk edərək Premyer Liqanın başqa klubuna keçə bilər.

Apasport.az xəbər verir ki, vingerin xidmətində Londonun "Çelsi"si maraqlıdır. "Mavilər" Qrilişi potensial transferlər siyahısına daxil ediblər.

Cek 2021-ci ildən "Mançester Siti"də oynayır. Onun müqaviləsi 2027-ci ilə qədərdir və transfer dəyəri 65 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm yarımmüdafiəçi 35 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

0