"Borussiya" minimal hesablı qələbə qazandı - YENİLƏNİB
02.05.2024 - 01:00
"Borussiya" minimal hesablı qələbə qazandı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Apasport.az xəbər verir ki, bu raundun digər görüşündə Dortmund “Borussiya”sı Almaniyada Fransanın PSJ klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası Almaniyada “Bavariya” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun

1 may

23:00. "Borussiya" (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0 
Qol: Fülkruq, 36

Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

0