"Çelsi"də Poçettino dövrü başa çatdı
22.05.2024 - 01:33
"Çelsi"də Poçettino dövrü başa çatdı

Londonun "Çelsi" klubunun rəhbərliyi baş məşqçi Maurisio Poçettinonu istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Komanda rəhbərliyi Poçettinoya bu mövsümdə gördüyü işlərə görə təşəkkür edib.

Məşqçi də öz növbəsində "Çelsi"yə uğur arzulayıb.

Bu mövsüm "zadəganlar" Poçettinonun rəhbərliyi altında İngiltərə çempionatında altıncı yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.

Poçettino 2023-cü ilin mayından "Çelsi"yə rəhbərlik edib.

Qeyd edək ki, Poçettino əvvəllər İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın PSJ klublarında çalışıb. Onun rəhbərliyi altında PSJ Fransa çempionu və ölkə kubokunun qalibi olub.

0