Hidayət Heydərov: "Növbəti hədəf "Paris-2024"-dür"
22.05.2024 - 01:03
"Bütün Azərbaycan xalqının dəstəyini gördüm".
Apasport.az xəbər verir ki, bu sözləri Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov jurnalistlərə açıqlamasında bildirib.
İdmançı bildirib ki, növbəti hədəf “Paris-2024” Yay Olimpiya Oyunlarıdır.
"Mehriban xanımın paylaşımı mənə motivasiya oldu. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası başda Elnur Məmmədli olmaqla, hamısına çox sağ ol deyirəm. Final görüşünə qələbə üçün çıxmışdım. Dünya çempionatının finalını əldən verə bilməzdim. Çox motivasiyalı idim", -deyə Heydərov bildirib.
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
0
0