“Rakuv” – “Qarabağ”: KİM ŞANSLIDIR?
26.07.2023 - 13:13
“Rakuv” – “Qarabağ”: KİM ŞANSLIDIR?

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları meydan sahiblərini matçın favoriti sayırlar. 

Bu gün Çenstohova şəhər stadionunda baş tutacaq matçda Polşa çempionunun qələbəsi 2,03, Ağdam təmsilçisini uğuru 3,58 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,23 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

0