“Real” “Arsenal”ın müdafiəçisini istəyir
10.10.2024 - 12:03
“Real” “Arsenal”ın müdafiəçisini istəyir

La Liqa təmsilçilərindən “Real” “Arsenal”ın müdafiəçisi Vilyam Salibanı transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, “kral klubu” uzun müddətdir ki, fransalı futbolçunu izləyir.

La Liqa çempionu gələn il futbolçu üçün hərəkətə keçəcək.

Saliba 2025-ci il üçün “Real”ın prioritet transfer hədəfinə çevrilib. Artıq “kral klubu”nun nümayəndələri onunla əlaqə yaradıblar.

23 yaşlı müdafiəçinin “topçular”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

0