Ruslan Qafitullin: “Onlara diqqətli olmalarını tapşırmışdıq”
24.02.2024 - 19:54
Ruslan Qafitullin: “Onlara diqqətli olmalarını tapşırmışdıq”

"Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, "Səbail"də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. "Səbail" çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunun "Səbail"lə oyunundan (0:2) sonra "Sabah"ın çalışdırıcısı Ruslan Qafitullin deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Baş məşqçi nə vaxt təyin olunacaq?
- Hələ ki, məlumatımız yoxdur.

- Komandanın kapitanı Elvin Camalovun performansı çox aşağıdır...
- Elvin elə oyunçudur ki, həmişə çalışır, özünə yaxşı baxır, bütün matçlara yaxşı motivasiya ilə çıxır. Meydançanın da təsiri var idi. Çox şey göstərə bilmədik.

0