"Sabah”dan xal itkisi - YENİLƏNİB
11.04.2026 - 19:56
"Sabah”dan xal itkisi - YENİLƏNİB

Misli Premyer Liqasında 2-ci oyun gününün 2-ci matçı Masazırda, "Bank Respublika Arena"da baş tutub.

Apasport.az xəbər verir ki, "Sabah" doğma divarlar arasında "Zirə"ni qəbul edib.

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Hesab erkən açılıb. Meydan sahiblərinin bombardiri Coy Lens Mikels fərqlənib. Lakin qonaqların cavabı gecikməyib. Ruan Renato penaltidən hesabı bərabərləşdirib. Hissənin sonlarında "qartallar" daha bir qol vurub. Eren Aydın fərqlənib.

İkinci yarıda məhsuldarlıq aşağı olub. İqor Noqeyranın vurduğu qolla tərəflər hərəyə 1 xal qazanıblar.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

18:00. "Sabah" - "Zirə" 2:2
Qollar: C. Mikels, 16, İ. Noqeyra, 50 - R. Renato, 32-p. E. Aydın, 40

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR
: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Masazır. "Bank Respublika Arena".