“Sabah”da ayrılıq
04.06.2022 - 16:41
“Sabah”da ayrılıq

“Sabah” Azərbaycan millisinin futbolçusu Səlahət Ağayevlə yollarını ayırıb. 

Apasport.az saytının məlumatına görə, 31 yaşlı qapıçı ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Paytaxt klubunun kapitanı olan əlcək sahibi azad agent statusu alıb. O, bakılıların heyətində debüt etdiyi 2021/22 mövsümündə 17 matçda 20 qol buraxıb.

Qeyd edək ki, Səlahət bunadək “İnter” (indiki “Şamaxı”), MOİK, “Sumqayıt” və “Neftçi”nin də formasını geyinib.

0