“Şamaxı”nı “Turan Tovuz”a dəyişir
20.05.2022 - 09:35
“Şamaxı”nı “Turan Tovuz”a dəyişir

“Şamaxı”nın qapıçısı Kamal Bayramovun yeni komandası müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper gələn mövsümdən başqa bölgə təmsilçisində çıxış edəcək.

Tovuzda anadan olan Bayramov Premyer Liqanın debütantı “Turan Tovuz”un formasını geyinməyə hazırlaşır. Vaxtilə Tovuzda “Turan”ın şərəfini qorumuş Kamal qərb klubu ilə böyük ölçüdə anlaşıb. Onun yeni komandası ilə 1 illik müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Kamal Bayramov 2009-2011 və 2013-cü ildə “Turan”da çıxış edib. O, cari mövsüm Premyer Liqada keçirdiyi 4 oyunda 10 qol buraxıb.
 

0