“Səbail” 2 illik sözləşməni açıqladı
31.05.2022 - 15:57
“Səbail” 2 illik sözləşməni açıqladı

“Səbail”in Adil Nağıyevlə yola davam edəcəyi rəsmən müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Öncədən də gözlənildiyi kimi, 27 yaşlı mərkəz müdafiəçisi ilə yeni müqavilə imzalanıb. Azərbaycan millisinin sabiq üzvü başa çatan sözləşməsini daha 2 il uzadıb.

Qeyd edək ki, Adil Nağıyev mövsüm başa çatdıqdan dərhal sonra “Səbail”dən ayrılsa da, baş məşqçi postuna Mahmud Qurbanovun gəlişi ilə klub fikrini dəyişib.

0