"Səbail"də daha bir ayrılıq
16.06.2022 - 12:49
"Səbail"də daha bir ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar hücumçu Rauf Əliyevlə vidalaşıb.

33 yaşlı forvardla başa çatan müqavilənin müddəti uzadılmayıb. Azərbaycan millisinin sabiq üzvü yay fasiləsində paytaxt klubunu tərk edən 7-ci oyunçu olub. Ona qədər “Səbail” Mirsayib Abbasov, Əfran İsmayılov, Camal Araqo, Domantas Şimkus, Nikolas Raysel və Elxan Əhmədovun gedişini açıqlayıb.

Qeyd edək ki, “Səbail” hələlik yalnız Ağabala Ramazanovu heyətinə cəlb edib.

0