"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
02.06.2024 - 14:33
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

La Liqa təmsilçisi "Sevilya" baş məşqçi postu üçün Fransisko Xavyer Qarsiya Pimienta ilə anlaşıb.

Apasport.az xəbər verir ki, Pimienta ilə 2 illik müqavilə imzalanıb.

49 yaşlı məşqçi son iki mövsümdə "Las Palmas"ı çalışdırıb.

İspaniya komandasının başında 105 matça çıxan Pimienta uzun illər "Barselona"nın aşağı yaş qrupunda məşqçi kimi də işləyib.

0