“Sumqayıt” daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Vüqar Mustafayev komandada saxlanılıb.
Vitse-kapitan mövsümün sonuna qədər olan müqavilə müddətini daha 3 illik uzadıb. 28 yaşlı orta sahə oyunçusu artıq 2025-ci ilin yayına qədər “gənclik şəhəri” təmsilçisinə məxsusdur.
2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.
Qeyd edək ki, “Sumqayıt” bu gün kapitan Vurğun Hüseynovla da yeni 1 illik müqavilə bağlayıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"