Tahir Gözəl: "Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları...”
19.05.2022 - 11:56
Tahir Gözəl: "Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları...”

“Buranın açılış mərasiminə gələ bilmədim. Çox sevinirəm ki, bu dəfə gəlib görməyə fürsət oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri baş məşqçi Qurban Qurbanova məxsus “My Class” Fitness & Spa mərkəzi” ilə tanış olduqdan sonra təəssüratlarını jurnalistlərə açıqlayıb: “Əvvəlcə Qurban hocanı təbrik edirəm. Çox gözəl yer düzəldiblər. Onun bütün həyatı idmanla, sağlam keçib. Çox sevinirəm ki, “Qarabağ”dan qazandığı pulları, imkanları yenidən ölkəmizə, vətənimizə ciddi şəkildə yatırım etməklə çox yaxşı yer düzəldiblər. Mən bu yeri həqiqətən çox bəyəndim”.

Gözəl mərkəzdə gördüklərindən məmnun qaldığını gizlətməyib: “Bakıda salonu, saunası, hamamı olan yer görə bilərsiz. Amma kompleks şəkildə hamısının bir yerdə olması çox nadir şeydir. Buraya çox zəhmət qoyulub. Özüm inşaatla məşğul olduğuma görə başa düşürəm. Ən önəmlisi burda çox yaxşı infrastruktur var: havalandırma, işıqlandırma, isitmələr, suyu soyutma, suyun təmizliyi. Bura beynəlxalq səviyyədə düzəldilib. Hamımız çox stresslərlə üzləşirik. Bu, bir həqiqətdir ki, insan sağlamlığına çox qiymət verməlidir. Mən hesab edirəm ki, bu kimi yerlər insanlara yeni anlayış, yeni mədəniyyət gətirməlidir. Dostlarınla gəl, çim, fitnesini et, yeməyini ye. Burda gözəl zallar gördüm, VİP zallar. Bu, yeni mədəniyyət, yeni anlayışdır. Dəstəkləyirəm, fəxr edirəm. “Qarabağ” bir ailədir. Qurban hocama, şəriki Elnur bəyə xeyirli olsun. Çox sevindim ki, buranı görmək mənə qismət oldu”.

0