Vladislav Kulaça 4 oyunluq cəza
10.11.2023 - 13:03
Vladislav Kulaça 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” matçında yaşanan insident müzakirə olunub.

05.11.2023-cü il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində “Zirə” klubunun 9 nömrəli futbolçusu Vladislav Kulaç təcavüzkar davranış etdiyinə görə 4 oyun cəzalanır “Zirə” klubu 3000 manat cərimə edilir (maddə 40.3).
 

0