Argentinada 21 kilometrlik marafonun qalibi vəfat edib. Apasport.az saytının məlumatına görə, adı çəkilməyən idmançı mükafatı almaq üçün qalxdığı fəxri kürsüdəcə ölüb.
Hadisə Argentinanın Kordova əyalətinin paytaxtında baş verib. Bu şəhərdə 500 nəfərin iştirakı ilə marafon keçirilib. 27 yaşlı həvəskar idmançı mükafatını almaq üçün fəxri kürsüyə qalxandan sonra özünü pis hiss edib və yıxılıb. Həkimlərin səyinə baxmayaraq, o, fəxri kürsüdəcə canını tapşırıb.
İdman tədbirinin təşkilatçılarından biri olan Xasinto Prado bildirib ki, yarış müddəti ərzində idmançılara 3 “təcili yardım” briqadası xidmət edib. Bu briqadalardan biri onları finiş xəttində gözləyib. Onun sözlərinə görə, bəzi həvəskar idmançılar müvafiq hazırlıq olmadan starta çıxdıqlarından, belə hadisələr baş verir. Tədbirin təşkilatçısı onu da vurğulayıb ki, həvəskar idmançılar bəzən qeydiyyatdan da keçməyərək yarışa istənilən mərhələdə qoşula bilirlər. Bu da onlara nəzarət etməyi çətinləşdirir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"