[b]“Arzum bu yarışlarda Azərbaycan bayrağını qaldırmaqdı” - Yana Alekseyevna[/b]
17.05.2016 - 09:47
[b]“Arzum bu yarışlarda Azərbaycan bayrağını qaldırmaqdı” - Yana Alekseyevna[/b]

Azərbaycan millisinin boksçusu Yana Alekseyevna (60 kq) AİBA-nın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, yığmamızın lideri mayın 19-da Astanada start götürəcək dünya çempionatında və Rio Olimpiadasında şanslarını dəyərləndirib.

 

- Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanmısız. Bu sizin üçün nə deməkdi?

- Olimpiadaya lisenziya ağır əziyyətin bəhrəsidi. Bu, tək mənim uğurum deyil, həmçinin məşqçim olan atamın və məni qələbəyə səsləyənlərin nailiyyətidi. Bu vəsiqə Rio-2016-da medal doğru ilk addımımdı.

 

- Olimpiadadan öncə sizi Astanada dünya çempionatı gözləyir. Burada hədəfiniz nə olacaq?

- Dünya çempionatı mənim üçün böyük sınaq, Olimpiadaya doğru növbəti addımdı. Arzum bu yarışlarda Azərbaycan bayrağını qaldırmaqdı. Eyni uğuru Rioda da təkrar etmək istəyirəm.

 

- Dünya çempionatının təşkilatçısı Qazaxıstan və ölkədəki boks barədə fikirləriniz necədi?

- Qazaxıstanda boks bir nömrəli idman növüdü. Burada bu idman növü zəngin tarixə malikdi. Bu üzdən də mən onlara hörmətlə yanaşıram. Mənim Qazaxıstanda çoxlu dostlarım da var.

 

- Karyeranızın ən böyük uğuru hansıdı: Avropa Olimpiya Təsnifat Turnirindəki qızıl medal, yoxsa 2014-cü ildə dünya çempionatında qazandığınız ikincilik?

- Yarışlarda atdığım hər addım hədəfə doğru irəliləməyimdi. Samsundakı çempionluq dünya çempionatındakı çıxışımın davamı idi. Bu mənə əlavə motivasiya verdi. 2 il öncə gümüş medal qazandığımdan artıq Astana “qızıl” istəyirəm. Burada yenə əsas rəqibim Keti Teylorla qarşılaşa bilərəm.

 

- Boksda ilhamı kimdən alırsız?

- Atamdan deyərdim.

 

- Həyatınızın bir gününü – səhərdən axşamadək vaxtınızı necə keçirdiyinizi açıqlaya bilərsizmi?

- Günümü sübh tezdən başlayıram. Erkən dururam, səhər idmanı edirəm. Ardınca oğlumu məktəbə aparıram. Bundan sonra atamla ikinci məşqimi edib, evə qayıdıram. Ev işləri ilə məşğul olduqdan sonra axşam üçüncü məşqimi edirəm.

 

- Sevimli boksçunuz kimdi?

- Ən sevimli boksçum bacım Anna Əlimərdanovadı ki, o da mənim kimi Azərbaycan millisinin şərəfini qoruyur.

 

- Azərbaycanda xeyriyyəçiliklə məşğul olursuzmu?

- Həm Azərbaycan, həm də Ukraynada xeyriyyəçiliklə məşğul oluram. İnsanların müharibə səbəbindən daha çox köməyə ehtiyacı var. Mən də mümkün olanı, bacardığımı edirəm. Yaxşı işlər görməkdən, heyvanlara da kömək etməkdən xoşum gəlir. Gələcək nəslə yaxşı nümunə göstərilməliyəm.

0