Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarışın maraqlı statistik göstəriciləri açıqlanıb. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, ölkəmizdəki VIII mərhələ bir sıra pilotlar, komandalar və ölkələr üçün yaddaqalan olacaq.
Statistik göstəriciləri təqdim edirik:
Pilotlar
* Sebastian Fettel Bakıda 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.
* Rikkardo Bakıda 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.
* Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.
* Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.
* Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.
* Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.
* Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.
* Valtteri Bottas Bakıda 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.
* Azərbaycan Qran-prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran-pri yarışıdı.
Komandalar
* Williams Martini Racing 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.
* Haas 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.
Ölkələr
* Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.
* Daniel Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.
* Fettel, Hulkenberq və ya Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.
* Saynz və ya Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.
* Qrojan və ya Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.
* Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.
- Təmsilçilərimiz beynəlxalq turnirdə bürünc medal qazanıblar
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib
- Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan millisi Avropa kubokunda 8 idmançı ilə təmsil olunur