Belçika yığmasının Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mark Vilmots heyətdə bəzi dəyişikliklərə əl atıb.
Belə ki, ilkin siyahıya 24 oyunçunun adını yazan 47 yaşlı mütəxəssis onlardan 3-nü - Dedrik Boyata, Byorn Engels və Nikolas Lombertsi qitə birinciliyinə aparmamaq qərarına gəlib. Əvəzində isə müdafiəçilər Loren Kiman və Kristian Kabasele milliyə cəlb olunublar.
Belçika yığmasının “23-lüy”ü:
Qapıçılar: Tibo Kurtua (“Çelsi”, İngiltərə), Jan-Fransois Jille (“Mexelen”), Simon Minyole (“Liverpul”, İngiltərə)
Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi “Tottenhem”, İngiltərə), Tomas Vermalen (“Barselona”, İspaniya), Ceyson Denayer (“Qalatasaray”, Türkiyə), Cordan Lukaku (“Ostende”), Loren Kiman (“Monreal İmpakt”, ABŞ), Tomas Meunyer (“Brügge”), Kristian Kabasele (“Genk”)
Yarımmüdafiəçilər: Aksel Vitsel (“Zenit”, Rusiya), Maruan Fellaini (“Mançester Yunayted”, İngiltərə), Mussa Dembele (“Tottenhem”, İngiltərə), Radxa Nainqqolan (“Roma”, İtaliya), Kevin de Bruyne (“Mançester Siti”, İngiltərə)
Hücumçular: Romelu Lukaku (“Everton”, İngiltərə), Eden Azar (“Çelsi”, İngiltərə), Dris Mertens (“Napoli”, İtaliya), Kristian Benteke, Divok Oriqi (hər ikisi “Liverpul”, İngiltərə), Miki Batşuayi (“Marsel”, Fransa), Yannik Karrasko (“Atletiko”, İspaniya).
Qeyd edək ki, Belçika yığması 10 iyun – 10 iyul tarixləri arasında Fransada keçiriləcək Avropa çempionatında İtaliya, İrlandiya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb