[b]AÇ-2016: “Qəbələ”nin sabiq üzvü Rumıniya yığmasında[/b]
13.05.2016 - 10:26
[b]AÇ-2016: “Qəbələ”nin sabiq üzvü Rumıniya yığmasında[/b]

AÇ-2016-da iştirak edəcək daha bir yığmanın ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rumıniya millisinin baş məşqçisi Anxel Yordanesku 28 futbolçuya dəvət göndərib. Milliyə çağırılanların sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş oyunçu da var.

 

Belə ki, 2014-2015 mövsümündə “Qəbələ”nin formasını geyinmiş Adrian Ropotan da yığmaya dəvət alıb.

 

Qeyd edək ki, Rumıniya yığması Fransa, İsveçrə və Albaniya ilə birlikdə A qrupunda mübarizə aparacaq.

 

 

Qapıçılar: Çiprian Tataruşanu (“Fiorentina”, İtaliya), Kostel Pantilimon (“Uotford”, İngiltərə), Silviu Lunq (“Astra”).

 

Müdafiəçilər: Kristian Sapunaru (“Panduriy”), Aleksandru Matel (“Dinamo”, Xorvatiya), Vlad Çiriçeş (“Napoli”, İtaliya), Valerika Qaman (“Astra”), Kosmin Moti (“Ludoqorets”, Bolqarıstan), Draqoş Qriqore (“Əl-Sailiya”, Qətər), Razvan Rat (“Rayo Valyekano”, İspaniya), Steliano Filip (“Dinamo”), Alin Toşka (“Styaua”)

 

Yarımmüdafiəçilər: Mixay Pintiliy, Adrian Popa, Aleksandru Çipçiu, Nikolae Stankiu (hamısı “Styaua”), Ovidiu Hoban (“Hapoel”, Beer Şeva, İsrail), Adrian Ropotan (“Panduriy”), Andrey Prepeliţa (“Ludoqorets”, Bolqarıstan), Qabriel Torxe (“Osmanlıspor”), Aleksandru Maksim (“Ştutqart”, Almaniya), Lusian Sanmarten (“Əl-İttihad”, Saudiyyə Ərəbistanı).

 

Hücumçular: Klaudiu Keșeru (“Ludoqorets”, Bolqarıstan), Boqdan Stanku (“Gənclərbirliyi”, Türkiyə), Florin Andone (“Kordoba”, İspaniya), Denis Alibek (“Astra”), İoan Hora (“Panduriy”), Andrey İvan (“Universitetia Krayova”).

 

0