Rusiya millisi Fransada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Leonid Slutski 23 futbolçuya dəvət göndərib.
“Lokomotiv”in braziliyalı qapıçısı Gilyerme və “Şalke”nin alman əsilli Ukraynada doğulmuş müdafiəçisi Roman Noyşdetderin milliyə dəvət edilməsi yerli mətbuat tərəfindən təəccüblə qarşılanıb.
Qapıçılar: İqor Akinfeev (CSKA), Gilyerme ("Lokomotiv"), Yuri Lodıqin ("Zenit")
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Qeorqi Şennikov (hamısı CSKA), Dmitri Kombarov ("Spartak"), Roman Noyştedter ("Şalke"), İqor Smolnikov ("Zenit"), Roman Şişkin ("Lokomotiv")
Yarımmüdafiəçilər: Aleksandr Qolovin, Alan Dzaqoyev, Roman Şırokov (hamısı CSKA), Denis Qluşakov ("Spartak"), İqor Denisov ("Dinamo"), Oleq İvanov ("Terek"), Pavel Mamayev ("Krasnodar"), Aleksandr Səmədov ("Lokomotiv"), Oleq Şatov ("Zenit")
Hücumçular: Artyom Dzyuba, Aleksandr Kokorin (hər ikisi "Zenit"), Fyodor Smolov ("Krasnodar")
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub