Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində tətbiq olunacaq videotəkrar sisteminə (VAR) nəzarət edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA mundialda bu işi görmək üçün 13 hakimi seçib.
Abdulrahman Al-Cassim (Qətər), Mauro Valyano (Argentina), Xeri Varqas (Boliviya), Pavel Gil (Polşa), Bastian Dankert, Feliks Svayer (hər ikisi Almaniya), Artur Suareş Diaş, Tiaqu Brunu Lopeş (hər ikisi Portuqaliya), Massimiliano İrrati, Daniele Orsati, Paulo Valeri (hamısı İtaliya), Danni Mikkeli (Hollandiiya) və Vilton Sampayo (Braziliya) videotəkrar referisi olacaq. Bu hakimlər apreldə İtaliyada təlim-məşq toplanışı keçib, DÇ-2018-ə hazırlaşacaq.
Qeyd edək ki, bu il martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) qaydalarda dəyişiklik edib, videotəkrardan istifadə barədə icazə verib. Martın 16-da bu yeniliyi FİF şurası təsdiqləyib və DÇ-2018-in final mərhələsində tətbiqi haqda qərar qəbul edib.
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib