[b]Rio-2016: Azərbaycan atleti bürünc medal qazandı[/b]
12.09.2016 - 22:50
Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, qaçış yarışlarının finalında 200 m məsafəni 23,80 saniyəyə qət edən Y.Çebanu üçüncü yerə sahib olub.
Bundan əvvəl idmançımız Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.
Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
0
0