Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu vəzifəsini tərk edib. Apasport.az xəbər verir ki, məlumatı AİBA-nın rəsmi saytı yayıb.
Vu bildirib ki, bütün ömrünü həsr etdiyi sevimli idman növü naminə istefa vermək düzgün addımdı: “Mən postumdan AİBA-nın və boksun maraqlarına görə ayrılıram. İndi mən rəhbər postun tədricən yeni əllərə keçməsini təmin etməliyəm. Xidmət etməyim üçün imkan yaradan AİBA və bütün boks ictimaiyyətinə minnətdaram”.
Qeyd edək ki, Vu 11 il öncə AİBA-nın prezidenti postunda pakistanlı Ənvər Çaudrini əvəzləyib. Noyabrın əvvəlində İcraiyyə Komitəsi onun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Müvəqqəti prezident vəzifəsi isə Falçinelliyə həvalə olunub.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər