Mayın 8-dən 10-dək Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı nəzərdə tutulub.
Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 168000 ABŞ dolları təşkil edir.
Tamaşaçılar üçün giriş pulsuzdur. Yarış mayın 8-də və 9-da saat 12:00 da, final günü isə saat 20:00 da başlayacaq. Turnirin son günü konsert tədbirləri təşkil olunacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"