Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasında rəhbərlik dəyişdikdən sonra Peter Zayzenbaher yenidən bu vəzifəyə gətirilib.
O, bu postda Hacıağa Hacıəhmədovu əvəzləyib. Sabah Zayzenbaher ictimaiyyətə təqdimat olunacaq. 55 yaşlı avstriyalı mütəxəssisin gəlişi cüdoçuların yeni federasiya prezidenti Rövnəq Abdullayevdən xahişi nəticəsində baş tutub.
Zayzenbaher Azərbaycan cüdo tarixinə ilk dünya çempionu verən mütəxəssis kimi düşüb. Onun rəhbərliyi altında Elxan Məmmədov (100 kq) mundialın qızıl mükafatına yiyələnib.
Qeyd edək ki, bu, Peter Zayzenbaherin cüdo yığmamıza ikinci gəlişidi. O, 2012-ci ilin oktyabrından ötən ilin fevral ayına qədər millimizin “sükanı arxasında” olub.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb