Gələn il Rusiyada keçiriləcək dünya çempionatına təyinat alan ilk hakimin adı bəlli olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Cüneyt Çakır mundialda iş başında olacaq.
14 iyun – 15 iyul aralığında təşkil ediləcək yarışda ona Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Bununla da Çakır DÇ-2014-də olduğu kimi, gələnilki mundialda da oyun idarə edəcək. 2012 və 2016-cı illərdə Avropa çempionatına yollanmış referi 2015-ci ildə isə Çempionlar Liqasının final matçında ədalət təmsilçisi olub.
Qeyd edək ki, Cüneyt Çakır 2014-cü ildəki dünya çempionatında 3 matç idarə edib. O, qrup mərhələsində Braziliya – Meksika (0:0), Əlcəzair – Rusiya (0:1), yarımfinalda isə Hollandiya – Argentina (0:0, penaltilərlə 2:4) qarşılaşmasında fit çalıb.
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Millimiz Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib