Dünya Kuboku-2015-in ilk turundan əvvəl iştirakçı şahmatçılarla toplantı keçirilib. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, FİDE rəsmiləri eləcə də hakimlər şahmatçılara oyun zalına gələrkən mobil telefon, saat və qələm götürməməyi xahiş edib.
Bildirilib verilib ki, şahmatçılar oyun zalına daxil olarkən yoxlanılacaq. Partiyalar başa çatandan sonra belə hakimlər istədikləri şahmatçını təkrar yoxlamaq hüququna malikdi.
Qeyd edək ki, şahmat yarışlarında kənar amillərindən köməyindən istifadə olunmamaq üçün belə addımlar atılıb. FİDE hər bir şahmatçını qaydalar çərçivəsində mübarizə aparmağa çağırıb və onların yarış zamanı mobil telefon, digər cihazlardan istifadəsinə qadağa qoyub.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub