[b]Gimnastlar mübarizəyə başlayır[/b]
14.11.2017 - 18:49
Noyabrın 17-də Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda, akrobatika üzrə ölkə çempionatı təşkil olunacaq. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək yarışda 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq.
Onlar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.
Qeyd edək ki, turnirə biletləri arenanın kassasından əldə etmək mümkündü. Biletlərin qiyməti 5 manatdı.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0