İsveç millisinin yarımmüdafiəçisi Yakob Yohansson dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun İtaliya ilə DÇ-2018-in pley-off matçında zədələnməsidi.
İlk qarşılaşmada yeganə qola imza atan Yohansson dünən Milanda baş tutan cavab görüşündə cəmi 19 dəqiqə meydanda olub. Dizi burxulan 27 yaşlı oyunçu meydanı xərəkdə tərk edib. Bu gün tibbi müayinədən keçəcək AEK-in üzvünün zədəsinin ciddi olduğu proqnozlaşdırılır. Həkimlərin ilkin rəyinə görə, onun diz bağları qopub.
Belə olarsa, Yohansson ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, müdafiəyəmeyilli oyunçu yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.
Qeyd edək ki, İtaliya ilə səfərdə qolsuz bərabərə qalan İsveç yığması mundiala vəsiqə qazanıb.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər