[b]Lunyov mövqeyini qorudu, Nəsirova irəlilədi[/b]
02.12.2017 - 13:23
Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.
Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada 8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 733 və 82 xalı var.
10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova isə irəliləyib. O, 54-cü pilləni 53-ə dəyişib.
Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0