Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində növbəti turun görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, dördüncü oyun günündə Azərbaycan qrossmeysterləri liderlərlə üz-üzə gəliblər.
Belə ki, hesabat turunda rusiyalı Vladimir Kramniki məğlub edən Şəhriyar Məmmədyarov bu dəfə amerikalı Uesli Sonu sınağa çəkib. Rauf Məmmədov da güclü rəqibə qarşı mübarizə aparıb. Qrossmeysterimiz hindistanlı sabiq dünya çempionu Vişvanatan Anandla görüşüb. Hər iki şahmatçımız rəqibi ilə heç-heçə edərək aktivinə növbəti yarım xalı yazdırıb və liderlərə yaxınlaşmaq şansını əldən verib.
23 aprel
VI tur
Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1
Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5
Turnir cədvəli: Karlsen – 4,5 xal; So – 4; Anand – 3,5; Məmmədyarov, Karuana - 3; Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5; Adams – 2.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb