Ümumdünya Boks Seriyasının (WSB) 2014/2015 mövsümünün reqlamenti ilə bağlı müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Baku Fires”in baş meneceri Rizvan Gənciyev məlumat verib.
O bildirib ki, Bakıda keçirilən WSB-in konfransında 5-ci mövsümlə bağlı məsələlər öz həllini tapmaqdadır: “Yeni mövsümə 2015-ci il yanvarın 8-dən start veriləcək, 5 ay davam edəcək. Demək olar hər həftə döyüşlərin keçirilməsi nəzərdə tutulur. Yekunda isə 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 17 lisenziya öz sahibini tapacaq”.
Yeni mövsümdə komandaların da sayında artım olacaq. Çin WSB-yə çıxışını bərpa edəcəyi halda, Venesuela və Mərakeş klublarının debütant olacaqlar: “Çox güman ki, 14 komanda 2 qrupda mübarizə aparacaq”.
Qeyd edək ki, son mövsümdə 12 klub qüvvəsini sınayıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”