Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın şərəfini qoruyan həmyerlimiz Türkiyə Qəzetçilər Cəmiyyətinin səsverməsində hamını qabaqlayıb.
Belə ki, 41 ildi təşkil edilən Sedat Simavi mükafatlarından biri Quliyevə qismət olub. O, ən yaxşı idmançı nominasiyasının qalibi seçilib. Ramil bu mükafata Londonda Türkiyəyə dünya çempionatının ilk qızıl medalını qazandırdığı üçün layiq görülüb.
Quliyev təlim-məşq toplanışında olduğu üçün mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib.
Qeyd edək ki, Erzik uzun illər UEFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər