Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun bu gün keçirilmiş iclasında qərar verilib.
Buna əsasən, Rusiyanın idmançıları 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Olimpiya Oyunlarından kənarda qalacaq. Sözügedən qərar dərhal qüvvəyə minib.
Beynəlxalq Olimpiya Komitəsinin növbəti qənaətinə görə, 4 il əvvəl Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında iştirak etmiş bütün rus idmançılardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər.
Onlardan hansısa biri çempion olacağı halda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) bayrağı dalğalandırılacaq və himni səsləndiriləcək. Dördilliyin ən böyük idman yarışına qatılacaq rus idmançıların siyahısını Müstəqil Dopinq Nəzarət Komitəsi (İTA) hazırlayacaq. Maraqlıdı ki, Olimpiadaya nə həkimlər, nə də məşqçilər buraxılmayacaqlar.
Rusiya isə ölkə olaraq Pxenyanda təmsil olunmayacaq. Şimal qonşularımızın nə himni, nə də bayrağı Cənubi Koreya paytaxtında nümayiş etdirilməyəcək.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər