Noyabrın 2-də Kiprin Larnaka şəhərində gənc taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışa yığmamız da qatılacaq.
Komandamızın heyətində Bəhruz Quluzadə, Xanoğlan Kərimov, Ayaz Qəmbərli, Samir Məhərrəmov, Qasım Aslanov, Taleh Süleymanov, Cavad Ağayev, Niyaz Zülfüqarlı, Həsən İbrahimov, Orxan Tağızadə, Minayə Əkbərova, Mehriban Məmmədova, Nərgiz Mirzəyeva, Sevda Pirseyidova, Nərmin Süleymanova, Diana Hacəliyeva, Leyla Məmmədova və Şəms Həsənova dayanq üzərinə çıxacaq.
Sayca 21-ci olan və 700-dən çox idmançının mübarizə aparacağı Avropa birinciliyi “Kision Athletic Center” arenasında keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və ədalət təmsilçilərimizdən beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də Kiprə yollanıb. Baş məşqçi Məmməd Abdullayev və Zahid Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 6-da vətənə dönəcək.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər