Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov fevralın 20-22-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri turnirində liderlərin hamısını sınamağa qərar verib.
O, 2015-ci ilin ilk siyahısına Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokaurini (+100 kq) daxil edib.
Qeyd edək ki, Qran-priyə 81 ölkədən 600 idmançı qatılacaq. Komandamız kişilərdən fərqli, qadın cüdoçuların yarışında təmsil olunmayacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı