[b]Cüdo yığmamız 71 ölkəni qabaqladı[/b] - FOTOSESSİYA
19.10.2015 - 09:48
[b]Cüdo yığmamız 71 ölkəni qabaqladı[/b] - FOTOSESSİYA

Fransanın paytaxtı Parisdə cüdo üzrə keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, komandamız Peter Zayzenbaherin ikinci gəlişindən sonra ilk sınağını bir medalla tamamlayıb.

 

Komandamıza mükafatı Rüstəm Orucov qazandırıb. 73 kq çəki dərəcəsində tatamiyə çıxan “Böyük Dəbilqə”nin ikiqat qalibi ilk görüşündə ukraynalı Sergey Drebotu məğlub etməyə cəmi 27, ardınca türkiyəli Həsən Vanlıoğlunu mübarizədən kənarlaşdırmağa 73 saniyə sərf edib. Həmyerlimizin 1/4 final qarşılaşması isə kifayət qədər gərgin alınıb. Lakin Rüstəm İqor Vandtkedən (Hollandiya) güclü olduğunu sübuta yetirərək, yarımfinala yüksəlib.

 

Bu mərhələdə Şuay Suna (Çin) ipponla qalib gələn cüdoçumuz yalnız finalda məğlubiyyət acısı yaşayıb. Asiya Oyunlarının qalibi Hiroyuki Akimotoya (Yaponiya) uduzan Orucov gümüş medalla kifayətlənib.

 

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) isə medalın 1 addımlığında dayanıblar. Onların hər ikisi “bürünc döyüşün”də uduzduqlarından 5-ci olublar. Dünya çempionumuz Elxan Məmmədov (100 kq) isə 7-ci yeri tutub.

 

Qeyd edək ki, yığmamız komanda hesabında 84 ölkə arasında 13-cü olub.

 

0