İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək kişi həndbolçular arasında yarışların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, yarışda nəzərdə tutulduğu kimi 8 deyil, 7 ölkə mübarizə aparacaq.
Buna səbəb B qrupunda yer alan Əfqanıstan millisinin İslamiadaya qatılmamasıdı. Nəticədə bu qrupda 3 komanda gücünü yoxlayacaq.
Azərbaycan millisi isə Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistanla qüvvəsini sınayacaq. Hikmət Abdullayevin yetirmələri mayın 9-da başlayacaq həndbol yarışında ilk imtahanını Pakistana qarşı verəcək. Ardınca Səudiyyə Ərəbistanı ilə oynayacaq təmsilçimiz qrup mərhələsinin son turunda Əlcəzairlə üz-üzə gələcək.
İslamiadanın qalibi mayın 14-də müəyyənləşəcək.
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də olacaq.
Həndbol
Kişilər
A qrupu: Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan
B qrupu: Türkiyə, Mərakeş, İraq
9 may
Əlcəzair – Səudiyyə Ərəbistanı
Pakistan – Azərbaycan
Türkiyə - Mərakeş
10 may
Əlcəzair – Pakistan
Səudiyyə Ərəbistanı - Azərbaycan
Mərakeş – İraq
11 may
İraq - Türkiyə
Səudiyyə Ərəbistanı – Pakistan
Əlcəzair – Azərbaycan
12 may
5-ci yer uğrunda
13 may
6-cı yer uğrunda oyun
14 may
Bürünc medal uğrunda
A2 – B2
Final
A1 – B1