Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinin növbəti günü Azərbaycan idmançıları üçün uğurlu olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə kanadalı Adrian Halfordu məğlub edib – 3:0. Həmyerlimiz 1/8 finalda Özbəkistan nümayəndəsi Abdulkay Şaraxmatovla qarşılaşacaq.
91 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev isə dünya birinciliyində ilk döyüşünü keçirib. Milli komandamızın üzvü norveçli Yonas Soenstebini çətinliklə üstələyib – 2:1. Mehdiyev 1/8 finalda Türkiyə idmançısı Məhəmməd Aydınla üz-üzə gələcək.
Superağır çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Tahirov da Sofiyada ilk qələbəsini qazanıb. Boksçumuz litvalı Dovidas Sernası mübarizədən kənarlaşdırıb – 3:0. Tahirov 1/8 finalda Türkiyə boksçusu Eren Uzunla görüşəcək.
Bu gün dünya birinciliyində daha iki boksçumuz rinqə çıxacaq. Günorta proqramında Şamil Əliyev (75 kq) erməni Gevorq Petrosyanla qarşılaşacaq. Axşam isə gənclər arasında Avropa çempionu Cavid Quliyev (64 kq) Qazaxıstan təmsilçisi Ayan Kalibekovla döyüşəcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"